Metod
Kineziterapiya və ev məşq proqramı
Qısa cavab
Kineziterapiya hərəkət və məşq vasitəsilə müalicədir. Güc, çeviklik, tarazlıq, koordinasiya və duruşa nəzarət üçün məşqlər pasiyentin vəziyyətinə uyğun seçilir. Proqramın effektivliyi həm seanslardan, həm də evdə müntəzəm icradan asılıdır.
Aygün Ocaqzadənin işində
Peşəkar təcrübə- Skoliozda qiymətləndirmə əsasında fərdi planlaşdırılmış kineziterapiya.
- Serebral iflicdə tarazlıq və postural kontrol məşqləri.
- Kifozda klinikadakı seanslar və evdə müntəzəm məşqlər.
Məşq növləri
Ümumi məlumat| Növ | Məqsəd |
|---|---|
| Güc məşqləri | Zəif əzələlərin gücləndirilməsi |
| Dartılma məşqləri | Qısalmış əzələlərin uzadılması, çevikliyin artırılması |
| Tarazlıq və koordinasiya | Yıxılma riskinin azaldılması, hərəkətin dəqiqliyi |
| Postural kontrol | Duruşun saxlanması |
| Nəfəs məşqləri | Döş qəfəsinin hərəkətliliyi (məsələn, skoliozda) |
| Funksional məşqlər | Gündəlik hərəkətlər: qalxmaq, yerimək, pilləkən |
Ev proqramı necə daha səmərəli olur?
Ümumi məlumat- Qısa, amma hər gün. Həftədə bir dəfə uzun məşq gündəlik qısa məşqi əvəz etmir.
- Hər gün eyni saatda.
- Texnikanı seansda göstərildiyi kimi edin. Tərəddüd etdikdə video çəkib fizioterapevtə göstərin.
- Ağrı artarsa, məşqi dayandırın və fizioterapevtə xəbər verin.
- Uşaqlarda məşqləri oyun formasına salın.