Xidmətlər
Fizioterapiya xidmətləri
Qısaca
Aygün Ocaqzadənin iş istiqamətləri körpəlikdən yaşlı dövrədək müxtəlif yaş qruplarını əhatə edir. Hər istiqamətdə iş fizioterapevtik qiymətləndirmə ilə başlayır.
Skoliozda fizioterapiyaSchroth metoduna əsaslanan, onurğanı üç müstəvidə nəzərə alan fərdi məşq proqramı.Həkim tərəfindən skolioz diaqnozu qoyulmuş pasiyentlər Kifoz və qamət pozuntularıUşaq və yeniyetmələrdə duruşun korreksiyasına yönəlmiş reabilitasiya kursu.Kürəyi yuvarlaqlaşmış, duruşu pozulmuş uşaq və yeniyetmələr Serebral iflicdə fizioterapiyaBobath yanaşması ilə postural kontrol, tarazlıq və gövdə stabilliyi üzərində iş.Sİ diaqnozu və ya şübhəsi olan uşaqlar Uşaqlarda motor inkişafın qiymətləndirilməsiMotor inkişaf geriliyi, spastiklik, yeriş və pəncə problemlərinin qiymətləndirilməsi.Hərəkət inkişafı, yerişi və ya pəncəsi valideyni narahat edən uşaqlar Körpələrdə anadangəlmə tortikollisAnadangəlmə boyun əyriliyində erkən reabilitasiya.Başını bir tərəfə əyən körpələr Parkinson xəstəliyində fizioterapiyaYeriş, tarazlıq və gündəlik hərəkətlər üzərində fərdi reabilitasiya.Yeriş, tarazlıq və hərəkət çətinliyi olan pasiyentlər Onlayn reabilitasiyaMəsafədən məşq proqramı və ev məşqlərinə nəzarət.Ev proqramını məsafədən davam etdirənlər
Ümumi məlumat
Fizioterapevtin rolu
Fizioterapevt hərəkəti, duruşu, əzələ gücünü və tarazlığı qiymətləndirir, məşqə əsaslanan reabilitasiya proqramı qurur və aparır.
Diaqnoz, rentgen və MRT təyini, dərman, inyeksiya, korset və əməliyyat haqqında qərarlar həkimin (ortoped, nevroloq, pediatr, vertebroloq) səlahiyyətindədir.
Fizioterapiya həkim müalicəsini əvəz etmir. Çox vaxt onunla paralel aparılır.