Uşaq inkişafı

Uşaqlarda düzpəncəlik: nə vaxt normaldır, nə vaxt müayinə lazımdır?

Qısa cavab

Kiçik uşaqların əksəriyyətində pəncənin qövsü hələ görünmür və bu normaldır. Qövs uşaq böyüdükcə tədricən formalaşır. Ağrı, tez yorulma, sərt pəncə, bir tərəfli düzpəncəlik və ya tez-tez yıxılma varsa, uşağı mütəxəssisə göstərmək lazımdır.

Aygün Ocaqzadə3 dəqiqəlik oxuÜmumi məlumat

Çevik və sərt düzpəncəlik

Çevik düzpəncəlik

Uşaq ayaq üstə duranda qövs görünmür, lakin barmaq ucunda dayananda və ya oturanda qövs yaranır. Uşaqlarda ən çox rast gəlinən formadır və adətən narahatlıq yaratmır.

Sərt düzpəncəlik

Qövs heç bir vəziyyətdə yaranmır, pəncənin hərəkəti məhduddur. Həkim tərəfindən araşdırılmalıdır.

Nə vaxt müayinə lazımdır?

  • Pəncədə, baldırda və ya dizdə ağrı
  • Yerişdən tez yorulma, uzun məsafə getmək istəməmək
  • Sərt və ya yalnız bir ayaqda düzpəncəlik
  • Tez-tez büdrəmə, yıxılma
  • Ayaqqabının bir tərəfdən qeyri-adi sürətlə yeyilməsi
  • Baldır əzələsinin gərginliyi (uşaq dabanını yerə tam qoya bilmir)

Müalicə

Əlamətsiz çevik düzpəncəlikdə adətən müalicə tələb olunmur. Əlamət olduqda:

  • Fizioterapevt pəncənin və baldırın vəziyyətini, yerişi qiymətləndirir. Pəncə əzələlərini gücləndirən və baldırı dartan məşqlər verir.
  • Ortoped ortopedik altlıq, ortez və ya nadir hallarda cərrahi müalicə haqqında qərar verir.

Ətraflı: Uşaqlarda motor inkişafın qiymətləndirilməsi.

Mənbələr

  1. American Academy of Orthopaedic Surgeons (AAOS), OrthoInfo: Flexible Flatfoot in Children.
MüəllifAygün OcaqzadəFizioterapevt, Vertebra Onurğa Tibb Mərkəzi

Vertebra Onurğa Tibb Mərkəzi

Qəbula yazılış

Şikayət, uşaq üçün müraciət edirsinizsə, yaşı.

Göndərdikdə WhatsApp-da hazır mesaj açılır. Mesajı siz təsdiqləyib göndərirsiniz.